Avtomatika və Scada sistemlərinin qurulması

Müxtəlif ölçülü istehsalat müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması, mövcud sistemlərin intellektual həllər vasitəsilə idarə olunması biznes proseslərində effektivliyin artırılmasını təmin edir. Soft-Group Azerbaijan şirkətinin professional komandası müxtəlif tip istehsalat avadanlıqlarının və proqram təminatının birgə inteqrasiyasını həyata keçirir. Şirkət müxtəlif ölçülü sistemlər arası inteqrasiya həlləri və müştəriyə uyğun spesifik proqram təminatı hazırlanması yolu ilə biznesinizdə müxtəlif tip istehsal proseslərinin avtomatlaşdırılmasını həyata keçirəcəkdir. Mütəxəssislərimiz tərəfindən konsaltinq xidməti və layihələrin hazırlanması mərhələsi ilə başlayan prosedurlar vasitəsilə biznesinizə və müəssisənizə ən uyğun olan avtomatlaşdırma və SCADA sistemlərini seçmiş olacaqsınız. Soft-Group Azerbaijan şirkəti aşağıdakı sahələr üzrə avtomatlaşdırma və SCADA sistemlərinin qurulmasını təklif edir

  • Müxtəlif İstehsalat proseslərinin avtomatlaşdırılması
  • Elektrik və alternativ enerji stansiyalarının SCADA sistemlərinin qurulması
  • Su təchizatı sistemləri üzrə SCADA sistemlərinin qurulması
  • Neft və Qaz sektoru üçün SCADA sistemlərinin qurulması
  • Tikinti və Anbar prosesləri üçün avtomatlaşdırma sistemlərinin qurulması
  • Ağıllı ev layihələrinin hazırlanması

Sadalananlardan başqa Soft-Group Azerbaijan şirkəti idarəetmə otaqlarının TİER1, TİER2, TİER3 standartlarına uyğun server otaqlarının qurulmasını həyata keçirir.