Konsaltinq və analitika xidmətləri


Proqram təminatı bazarında çoxlu sayda müxtəlif tip yazılımların mövcudluğuna baxmayaraq müəssisə üçün lazım olan proqram təminatının seçilməsi bir çox hallarda böyük çətinliklər yaradır. Hər bir şirkətin biznes proseslərinin spesifikliyinin nəzərə alınması ilə biznes üçün uyğun proqram təminatının seçilməsi tətbiq olunan layihənin ən vacib mərhələsidir. Bu mərhələdə Soft-Group Azerbaijan şirkəti sizə uyğun ən doğru həllin seçilməsində və müəssisənizin biznes prosesinin seçilmiş həlldə öz spesifikliyini qorumasında sizə köməklik edəcəkdir. Mütəxəssislərimiz müxtəlif tip həllərin tətbiqi zamanı sizə biznesiniz üçün konsaltinq xidmətlərini təklif edir.

Bundan başqa mövcud biznes infrastrukturunun araşdırılması və qiymətləndirilməsi, yeni tətbiq olunmuş layihələrin analitikasının aparılması, öncədən verilmiş məlumatların analizi Soft-Group Azerbaijan şirkıti tərəfindən müştərilərinə təklif olunur.

  • Kabel şəbəkələrinin qurulması, yenidən qurulması, bərpası, yerdəyişməsi
  • FFO kabel çəkilişi (içəri və çöl şəraitdə )
  • FO kabel qaynağı.
  • Müxtəlif ölçülü telekommunikasiya kabellərinin çəkilişi
  • Təhlükəsizlik sistemlərinin kabel çəkilişi və montajı
  • Server otaqlarının qurulması