Proqram təminatının hazırlanması


Soft-Group Azerbaijan proqram təminatının hazırlanması sahəsində yüksək təcrübəyə malik komanda ilə müştərilərə müxtəlif təyinatlı proqram təminatlarının hazırlanması xidmətini təklif edir. Portfolio bölməsində həm aparıcı dünya istehsalçılarının proqram platformalarında, həm də xüsusi təkmilləşdirmə həlləri əsasında ixtisaslaşdırılmış informasiya - analitik sistemləri haqqında həyata keçirdiyimiz onlarla layihələrdən bəhs edilir. Şirkətimiz dövlət və özəl sektorlar üçün CRM, EBR, HRM, sənəd dövriyyəsi və biznes proseslərinin avtomatlaşdırılması sistemlərini həmçinin biznesin tətbiqinə dair müxtəlif sistemlər hazırlayır.

Soft-Group Azerbaijan peşəkar konfiqurasiya üzrə mütəxəssislər, proqram təminatını hazırlayan mütəxəssislər, layihə menecerləri və yoxlamadan ibarət işçi heyəti ilə müştərinin gələcək məhsulu ilə bağlı ümumi fikrinin olması və ya məhsulun artıq hazırlanma prosesində olmasından asılı olmayaraq istənilən mərhələdə olan işə başlaya bilər. Biz standart hazırlama prosesimizi elə quraşdırırıq ki, müştərinin mövcud proseslərinə effektiv inteqrasiya etmək mümkün olsun.Soft-Group Azerbaijan hazırlama işləri üzrə aşağıdakı xidmətləri təklif edir:

  • IBM, Microsoft, Oracle, SAS, 1C platform və texnologiya bazası əsasında korporativ məlumat sistemlərinin hazırlanması və inkişafı,
  • Mövcud sistemlərin dəstəklənməsi və inkişafı,
  • Servis oriyentasiyalı yüksək effektli (SOA 2.0) konfiqurasiyaların quraşdırılması,
  • Server əməliyyat sistemlərinin qurulması və sazlanması
  • Müstəqil PT əsasında hazırlama prosesi.

Şirkətinizə aid biznes proseslərin avtomatlaşdırılması ilə bağlı araşdırma və analiz apardıqdan sonra mütəxəssislərimiz sizə bir neçə növdə həllər təklif edə bilər. Həmin təkliflərin arasından müəssisənizin tələblərinə daha uyğun olan növünü sizinlə birgə seçə bilərik. Layihənin hazırlanma mərhələlərində Soft-Group Azerbaijan şirkətinin əməkdaşları sizə tam konsultasiya xidməti və texniki dəstək göstərəcək. Sizin tələblərinizə cavab verən sistemləri hazırlamaqdan başqa onların effektiv tətbiq edilməsində, tələb olunan hər bir sənədin hazırlanmasında sizə texniki dəstək göstərə bilər və vacib olan tamamlama işlərini yerinə yetirə bilərik. Biz, həmçinin biznesin müxtəlif sahələri üçün biznes proseslərin avtomatlaşdırılmasında böyük təcrübəyə malikik. Artıq tətbiq etdiyimiz və sizin üçün də hazırlaya biləcəyimiz bir çox hazır həllərimiz var.

  • ERP – Sistemləri,
  • CRM - Sistemləri,
  • HRM – Sistemləri,
  • GPS Naviqaisya Sistemləri,
  • Verilənlər bazalarının hazırlanması,
  • ESD - Elektron Sənəd Dövriyyəsi sistemləri